Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu arasında memorandum imzalanıb

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu arasında memorandum imzalanıb
# 02 oktyabr 2009 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (SOROS)arasında əməkdaşlıq memorandumu imzalanıb. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənədi QHT Şurasının sədri Azay Quliyev və Fondun Bakı Ofisinin icraçı direktoru Fərda Əsədov imzalayıblar. Tərəflər Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılmasını, Azərbaycanda fəaliyyət göstərən donorlar arasında əlaqələrin daha da gücləndirilməsini və fəaliyyətin birgə koordinasiyası məqsədi ilə Donorların Koordinasiya Şurasının yaradılmasına dəstək verilməsini, QHT-lərin bilik və bacarığının artırılmasını və sair istiqamətlərdə birgə fəaliyyət göstərəcəklərini memorandumda təsbit ediblər.
Adıçəkilən təşkilatlar əməkdaşlığa real məzmun vermək məqsədi ilə 2009-cu ildə QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması və yaxşı idarəetmə standartlarına keçid məqsədi ilə birgə Konfransın keçirilməsi, Milli Mühasibat Uçotu ilə bağlı layihələrə birgə maliyyə yardımının edilməsi, “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə maliyyə yardımı (qrant) müsabiqəsinin keçirilməsi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR