Bank Of Baku

Ağdaşda əmək yarmarkası keçirilib

Ağdaşda əmək yarmarkası keçirilib
# 02 oktyabr 2009 19:46 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə oktyabrın 2-də növbəti əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mədəniyyət evində təşkil olunan yarmarkada vətəndaşlara 23 idarə, müəssisə və təşkilat tərəfindən 174 boş iş yeri təqdim olunub. İş yerlərindən 129-u dövlət, 45-i özəl təşkilatların payına düşür.

Tədbirdə 410 işaxtaran vətəndaş iştirak edib və onlara 120-250 manat əmək haqqı olan boş iş yerləri təklif olunub. Yarmarkada iştirak edən vətəndaşlardan 115-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. İşə göndərilənlərin 80 faizi gənclərdir. Onlar əsasən təhsil, səhiyyə, sənaye və istehsal müəssisələrində, tikinti sahələrində işlə təmin olunacaqlar. Yarmarkada 30 nəfər haqqı ödənilən ictimai işlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olanlardan 2 nəfəri isə kvota yerinə işə cəlb olunub.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Ağdaş rayon Məşğulluq Mərkəzinə 230 işaxtaran vətəndaş müraciət edib və onlardan 125-i daimi işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR