Bank Of Baku

Azərbaycan prezidenti üç uşaq dünyaya gətirmiş Sumqayıt sakininə mənzil hədiyyə edib

Azərbaycan prezidenti üç uşaq dünyaya gətirmiş Sumqayıt sakininə mənzil hədiyyə edib
# 02 oktyabr 2009 18:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Prezident İlham Əliyev tərəfindən bu ilin fevral ayında üç uşaq dünyaya gətirmiş Sumqayıt şəhər sakini Xavər Məmmədovaya Sumqayıt şəhərinin mərkəzində 3 otaqlı mənzil hədiyyə olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, bununla əlaqədar dünən Sumqayıt şəhər İcra hakimiyyətində Məmmədovlar ailəsini qəbul edən şəhər rəhbəri Vaqif Əliyev yeni mənzilin orderini və açarlarını gənc ailəyə təqdim edib. Hər bir Azərbaycan sakininin – uşaqların, gənclərin, yaşlıların və bütövlükdə ailənin gündəlik qayğılarının daim diqqətdə olduğunu vurğulayan Vaqif Əliyev Xavər Məmmədovaya mənzil hədiyyə edilməsinin görülən işlərin əyani sübutu olmasını deyib.

Yeni mənzil sahibi olan X.Məmmədova yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi məqsədilə ölkə prezidentinə müraciət etdiyini və çox qısa vaxt ərzində dövlət başçısının birbaşa tapşırığı ilə müraciətinin müsbət cavablandırıldığını bildirib: “Bu ilin əvvəlində üç uşağım dünyaya gəldikdən sonra hazırda yaşadığımız yataqxana otağında çox çətinlik çəkirdik. Bununla əlaqədar prezidentə müraciət etdim və yaşayış şəraitimizin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etdim. Çox keçmədi ki, bizim ailəyə möhtərəm dövlət başçımız tərəfindən yeni mənzilin hədiyyə olunması xəbərini aldıq. Bizim sevincimizin həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, ötən il Sumqayıt şəhərində üç uşağı dünyaya gəlmiş Umudovlar ailəsinə də prezident İlham Əliyev tərəfindən mənzil hədiyyə edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR