Bank Of Baku

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində araşdırma aparıb

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində araşdırma aparıb
# 03 oktyabr 2009 08:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Səhiyyə Nazirliyi (SN) özəl tibb müəssisələrində Azərbaycan Nazirlər Kabinetinin (NK) "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"də dəyişiklik edilməsi barədə, “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” qərarlarının və “Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmrinin icrası ilə əlaqədar araşdırma aparıb. SN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmanın nəticəsinə əsasən müəyyən olunub ki, 247 ambulator, 56 ambulator-stasionar xidməti göstərən özəl tibb müəssisələrində 8460 iş yeri təmin olunub (stomatoloji xidmət istisna olmaqla). Bunlardan 2538-i həkim, 4230-u orta tibb işçisi və 1692-si digər işçilərdir.
11 özəl tibb müəssisəsində tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti təqdim edilmədiyindən tövsiyə xarakterli xəbərdarlıq etdikdən sonra müəssisə rəhbərləri tərəfindən 21 işçi işdən azad edilərək, digər işlərlə təmin ediliblər. 200 özəl tibb müəssisəsində isə vəzifələrin nomenklaturasına uyğunlaşdırılması təmin edilib.
Əcnəbi həkimlərin qısa müddətli müayinə və müalicəsini aparmaq məqsədilə 8 özəl tibb müəssisəsi müraciət edib, 3 həkim mütəxəssisə qeyd olunan tarixlərdə fəaliyyət göstərməsinə icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR