Bank Of Baku

Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı keçiriləcək

Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı keçiriləcək
# 03 oktyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Oktyabrın 5-10-da Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bakı şəhərinin 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalda Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundssonun, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilyanın, həmçinin Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandaların iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR