Bank Of Baku

Meteoroloqlar xəbərdarlıq edirlər: “Temperatur 5-8 dərəcə düşəcək, leysan, dolu, daşqın və sel gözlənilir”

Meteoroloqlar xəbərdarlıq edirlər: “Temperatur 5-8 dərəcə düşəcək, leysan, dolu, daşqın və sel gözlənilir”
# 05 oktyabr 2009 09:29 (UTC +04:00)
Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz 22-25 dərəcə isti olacaq.

Oktyabrın 7-də havanın buludlu olacağı, arabir açılacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq.

Oktyabrın 8-də hava dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Günün ikinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 14-18, gündüz 23-27, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabrın 7-8-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq. Dağlarda gecə 4-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, bir neçə gün davam edən sakit, mülayim və isti hava şəraitindən sonra oktyabrın 6-da günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq oktyabrın 9-dək yenidən ölkə ərazisində havanın dəyişiləcəyi, qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir. Temperaturlar tədricən 5-8 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin yüksələcəyi, temperaturların bir qədər aşağı enəcəyi gözlənilir. Belə hava şəraiti bir çox meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR