Bank Of Baku

Misir Mərdanov: “Özəl ali məktəblərdə təhsil haqlarının müəyyənləşməsinə təsir etmək imkanımız yoxdur”

Misir Mərdanov: “Özəl ali məktəblərdə təhsil haqlarının müəyyənləşməsinə təsir etmək imkanımız yoxdur”
# 05 oktyabr 2009 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Bu il bir sıra özəl ali məktəblərdə təhsil haqlarının artırılmasından xəbərimiz var və təəssüf ki, bizim özəl ali məktəblərin təhsil haqlarının müəyyənləşdirməsinə təsir etmək imkanımız yoxdur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. Onun sözlərinə görə, dövlət ali məktəblərində tələbələrin təhsil haqlarını Tarif Şurası müəyyənləşdirir: “Özəl ali məktəblərdə isə hələlik bu normativlər bəlli deyil. Belə çıxır ki, kim nə istəsə, onu da edə bilər. Əlbəttə, bu qəbul olunan hal deyil”.

Azərbaycan Beynəlxalq Universiteti (ABU) ilə bağlı məsələyə münasibət bildirən nazir deyib ki, hökumət bu il ABU-nun birinci kursuna qəbul aparmayıb: “Bu həmin universitetin rəhbərliyinə hökumətin bir mesajı idi. Əgər ali məktəbin rəhbərliyi bu qərardan özü üçün müsbət nəticə çıxaracaqsa, gələn il bu məsələyə baxıla bilər”.

M. Mərdanov onu da qeyd edib ki, dövlət ali məktəblərinin bəzi müəllimlərinin özəl ali məktəblərdə dərs deməsi faktları var və nazirlik bu barədə dəfələrlə rəsmi açıqlamalar verib: “Hər il təhsilin səviyyəsi aşağı olan özəl ali təhsil məktəblərində davamlı olaraq ciddi tədbirlər görülür. Bu il də belə bir tədbir həyata keçirmişik. Açıq deyirəm ki, bizim üçün özəl və yaxud dövlət ali təhsil müəssisəsinin qətiyyən fərqi yoxdur. Bizi təhsilin keyfiyyəti maraqlandırır. Harada təhsilin keyfiyyəti yüksəkdirsə, biz o ali məktəbi dəstəkləyəcəyik. Hansı ali məktəb müasir tələblərə cavab vermir, müvafiq tədbirləri görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR