Bank Of Baku

Misir Mərdanov: “Şagirdlərdən qanunsuz pul yığılan məktəblərin direktorları dərhal işdən çıxarılıb”

Misir Mərdanov: “Şagirdlərdən qanunsuz pul yığılan məktəblərin direktorları dərhal işdən çıxarılıb”
# 05 oktyabr 2009 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanın ali və orta təhsil məktəblərində qış mövsümünə hazırlıq davam edir. APA-nın məlumatına görə bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, bu il 200-ə yaxın məktəbin istilik sistemi qaydaya salınıb: “Azərbaycanda 7 min təhsil müəssisəsi var və onların hamısının problemini bir ildə həll etmək mümkün deyil”.

Bəzi orta məktəbdə müəllimlərin qeyri-qanuni olaraq şagirdlərdən pul yığması ilə bağlı suala cavab olaraq bildirib ki, kimdə belə bir fakt varsa, ünvanlı olaraq nazirliyə müraciət etmək lazımdır: “İndiyə qədər belə hallarla bağlı tədbir görülüb, indi də bunu etməyə hazıram. Amma bu məsələyə ünvansız fikir bildirmək olmaz. Bizə bundan əvvəl də bir neçə faktla bağlı ünvanlı müraciətlər daxil olub və ciddi tədbirlər görülüb. Həmin məktəblərin direktorları dərhal işlən çıxarılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR