Bank Of Baku

“Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri” ilə əlaqədar Şirvan Milli Parkında tədbir keçirilib

“Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri” ilə əlaqədar Şirvan Milli Parkında tədbir keçirilib
# 05 oktyabr 2009 09:46 (UTC +04:00)
Bakı-APA. “Ümumdünya Quşların Müşahidəsi Günü” ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəxəssislərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılmış, məruzələr edilib, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Tədbirin sonunda Salyan rayonunun 4 orta məktəb şagirdləri arasında bu günlə bağlı breyn-rinq yarışı keçirilib və qaliblər mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR