Bank Of Baku

Təhsil Nazirliyində Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirliyində Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
# 05 oktyabr 2009 10:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Təhsil Nazirliyində Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə nazirliyin rəhbərliyi, əməkdaşları və ölkə prezidentinin son fərmanı ilə təltif olunan müəllimlər iştirak edib. Təhsil naziri Misir Mərdanov bildirib ki, son illər bu gün Azərbaycanda milli bayram səviyyəsində qeyd olunur. Bu bayrama münasibətin ildən ilə yaxşılaşdığını və kütləviləşdiyini bildirən nazir buna nümunə kimi ölkə prezidentinin son fərmanı ilə 132 müəllimin müxtəlif səviyyələrdə təltif olunmasını göstərib: “Bu müəllimlərin mükafatlandırılması bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə verilən qiymətdir”. Nazir son illər təhsilin bütün pillələrində yeniliklərin həyata keçirildiyini, şəraitin daha da yaxşılaşdırıldığını bildirib: “Amma buna baxmayaraq, biz arxayın olmamalıyıq. Qarşıda bizi daha çətin işlər gözləyir”.

M. Mərdanov həmçinin, təhsil sahəsində bir sıra problemlərin mövcud olduğunu da qeyd edib: “Dünyanın elə bir ölkəsi yoxdur ki, təhsil sahəsində problemlər olmasın. Və həmçinin elə bir ölkə yoxdur ki, orada təhsil sahəsindəki bütün problemlər dövlət hesabına həll olunsun. Valideynlərin məktəblərə yardım etməsi təbiidir. Valideynlər görsə ki, onların qanuni yolla etdikləri yardım övladlarının təhsilinin keyfiyyətinə müsbət təsir göstərir, bu, heç bir problem yaratmaz. Amma təəssüf ki, hələ də bizim ümumi işimizə xələl gətirən müəllimlər var”. Nazir müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi sadəsində də bəzi problemlərin olduğunu dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR