Bank Of Baku

Azərbaycan həyat səviyyəsinə görə dünya ölkələri sırasında 86-cı yeri tutur

Azərbaycan həyat səviyyəsinə görə dünya ölkələri sırasında 86-cı yeri tutur
# 05 oktyabr 2009 13:50 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT-nin İnkişaf Proqramının “Human Development report 2009” adlı hesabatı bu gün açıqlanıb. Azərbaycan həyat səviyyəsinin indeksinə görə son bir ildə 2 pillə irəliləyərək 86-cı yerdə qərarlaşıb. Dünyada ən yüksək həyat səviyyəsi Norveçdədir, bu siyahıda növbəti yerləri Avstraliya, İslandiya, Kanada, İrlandiya, Hollandiya, İsveç, Fransa, İsveçrə və Yaponiya tutur.
Həyat səviyyəsi yüksək olan ikinci qrup ölkələr siyahısında Bəhreyn, Estoniya, Polşa, Slovakiya, Macarıstan, Çili və Xorvatiyanın adları var. Belarus (68-ci yer), Rusiya (71-ci yer) və Türkiyə (79-cu yer) də bu qrup ölkələr sırasında yer alıb. Postsovet məkanı ölkələrinin əksəriyyəti, həmçinin İran həyat səviyyəsi orta olan ölkələr sırasında yer alıb. Ən aşağı həyat səviyyəsi indeksi isə Mali, Mərkəzi Afrika Respublikası, Syerra-Lyone, Əfqanıstan və Nigerdədir.
Təhqiqat zamanı orta insan ömrü, əhalinin savadlılığı, təhsil imkanları, ailədə məktəbə gedən uşaqların sayı, adam başına düşən ümummilli gəlirin səviyyəsi kimi göstəricilər əsas götürülüb. Təhqiqat dünyanın 182 ölkəsini əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR