Bank Of Baku

ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi keçiriləcək

ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi keçiriləcək
# 05 oktyabr 2009 19:36 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) Dünya Türkologiyasının banisi Mahmud Kaşğarinin 1000 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti, millət vəkili Səməd Seyidov başda olmaqla AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Naxçıvan Dövlət Universitetinin əməkdaşları və türk dünyasında Mahmud Kaşğari yaradıcılığının araşdırmaçıları çıxış edəcək.

Qeyd edək ki, yubiley tədbiri ADU-da 2008-2009-cu tədris ilində elan olunan “Elm ili” çərçivəsində keçirilir. Artıq ADU-nun Elm şöbəsinə Mahmud Kaşğari yaradıcılığı ilə bağlı məruzələr daxil olmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR