Bank Of Baku

BMT-nin baş katibi 5 Oktyabr - Ümumdünya Məskunlaşma günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi 5 Oktyabr - Ümumdünya Məskunlaşma günü ilə bağlı müraciət yayıb
# 05 oktyabr 2009 20:27 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 5 Oktyabr - Ümumdünya Məskunlaşma günü ilə bağlı müraciət yayıb. APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən mətni yayılan müraciətdə bildirilir ki, bu ilki Ümumdünya Məskunlaşma Günü Gələcək Şəhər Həyatının Planlaşdırılmasına həsr olunub.

BMT baş katibinin fikrincə, dünyanın müxtəlif regionlarında baş verən hadisələr dövlətlərin müəyyən səviyyədə problemləri həll etməyə qadir olmadıqlarını göstərir: “Urbanizasiya prosesinin genişlənməsi və planlaşdırılmamış inkişaf görünən nəticələr arasındadır. Yüz milyonlarla şəhər əhalisi dəniz səviyyəsinin qalxması, sahilyanı daşqınlar və digər iqlimlə əlaqədar baş verən hadisələrin qarşısını almaqda çox acizdir”.

Müraciətdə daha sonra bildirilir ki, şəhərlərin inkişafı daha effektiv və daha ədalətli planlaşdırma tələb edir: “Lakin planlaşdırma yalnız şəhərsalma idarəçiliyinin yaxşı olduğu və yoxsul şəhər əhalisinin onların həyatına təsir göstərə biləcək qərarların qəbulunda iştirakını təmin edən ölkələrdə keçərlidir. Həmçinin planlaşdırma korrupsiyanın qarşısının alındığı yerdə işləyə bilər. Biz heç kəsin, xüsusilə də kasıbların bu prosesdən kənarda qala bilməyəcəyini indi daha yaxşı başa düşürük. Ümumdünya Məskunlaşma Günündə gəlin daha yaxşı, yaşıl və inkişaf edən urbanizasiyalarmış planetimizin davamlı gələcəyi üçün planda olan və bizim öhdəliyimizə düşən işləri layiqincə yerinə yetirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR