Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edib
# 06 oktyabr 2009 07:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edib.

Tender komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender Fondun Qaradağ rayon şöbəsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması ilə bağlı keçirilir.

Tenderdə iştirak haqqı 200 manatdır. Bu məbləğ müvafiq bank hesabına köçürüldükdən sonra iddiaçı şərtlər toplusunu ala bilər.

İddiaçıların tender sənədlərini oktyabrın 21-dək təqdim etməlidirlər. Tender təklifləri iddiaçılar tərəfindən oktyabrın 29-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməlidir.

Tender prosedurası oktyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində açılacaq. Əlavə məlumat üçün 445-80-22 əlaqə telefonuna müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR