Bank Of Baku

Sumqayıtda əmək yarmarkası keçiriləcək

Sumqayıtda əmək yarmarkası keçiriləcək
# 06 oktyabr 2009 08:46 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il oktyabrın 9-da Sumqayıt şəhərindəki “Paralimpiya” kompleksində əmək yarmarkası 2009-cu ilin oktyabrın keçiriləcək. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

T.Vəliyev bildirib ki, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin əməkdaşları yarmarkaya hazırlıqla bağlı 600-ə yaxın işəgötürən müəssisədə olub və bunun nəticəsində 288 fiziki və hüquqi şəxslərdən yarmarkaya 20 dövlət, 27 qeyri-dövlət və 241 fiziki şəxs tərəfindən 2651 boş (vakant) iş yeri (əlavə olaraq 182 güzəştli iş yerləri) təqdim olunub. Təqdim olunmuş iş yerlərindən 1934 fəhlə, 109 qulluqçu, 608-i isə xidmət sektoru üzrə yerlərdir. Boş (vakant) iş yerlərinin 569-u dövlət, 1452-si qeyri dövlət, 630-u isə fiziki şəxs tərəfindən təqdim olunub.

Builki əmək yarmarkasında Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının, Xaçmaz, Dəvəçi, Qusar, Quba, Siyəzən, Xızı, Abşeron və Qubadlı rayonlarının Məşğulluq Mərkəzləri də boş iş yerləri ilə iştirak edəcək.

Qeyd edək ki, Sumqayıt şəhəri üzrə 2009-cu il oktyabrın 1-nə 12796 işaxtaran qeydiyyatda olub və ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyatda olan işaxtaran vətəndaşların sayı 4670 nəfər azalıb. 2009-cu ilin 9 ayı ərzində 2232 nəfər işaxtaran Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb, daimi işə düzələnlərin sayı isə 726 nəfər təşkil edib.

Sumqayıt şəhəri və onun qəsəbələrində hazırda əmək ehtiyatları 202,5 min nəfərdir və onlardan 183,3 min nəfəri və ya 78%-i əmək qabiliyyətli yaşda olanlardır. 2009-cu ilin 9 ayında 496 nəfərə işsiz statusu verilərək müavinət təyin olunub, 300 nəfərə yaxın işaxtaran peşə kurslarına, 104 nəfəri ictimai işlərə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR