Bank Of Baku

“Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin təkmilləşdirilməsi məqsədilə tender elan edilib

“Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin təkmilləşdirilməsi məqsədilə tender elan edilib
# 06 oktyabr 2009 09:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı layihəsinin ikinci mərhələsi çərçivəsində tender elan edib.

Tender komissiyasından “APA-Economics”ə verilən məlumata görə, “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin (AQİS) təkmilləşdirilməsi məqsədilə sistemin proqram təminatına əlavə və düzəlişlərin edilməsinə və lazımi informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmasını təmin edəcək şirkətin seçilməsi üçün tender elan edilib.

Tender şərtlərinə əsasən layihə çərçivəsində:
• Proqram təminatının yeni komponent və modullarının işlənilməsi;
• “Vətəndaşlıq vəziyyəti aktları” AQİS üçün əlavə proqram təminatı və lisenziyaların satın alınması;
• “Vətəndaşlıq vəziyyəti aktları” AQİS və onun “Back up” alt-sistemi üçün əlavə server və təhlükəsizlik avadanlığının satın alınması.

Satın alınan bütün müvafiq avadanlıq, proqram təminatı və lisenziyalar göstərilən ünvana çatdırılmalı və quraşdırılmalıdır. “Vətəndaşlıq vəziyyət aktları” AQİS üzrə çalışan əməkdaşların (sayı 3 nəfər) satın alınan proqram təminatı və əlavə avadanlıqdan istifadəsinin təmin edilməsi məqsədilə əməkdaşların təlimatlandırılması qalib gəlmiş şirkət tərəfindən həyata keçirilməlidir.

İddiaçılar texniki və maliyyə təkliflərini oktyabrın 20-dək təqdim etməlidir. Əlavə məlumat üçün 994 12 404 42 47, 994 12 404 42 27 telefon nömrəsinə və ya [email protected], [email protected] elektron poçt ünvanına müraciət etmək olar. Tenderdə iştirak haqqı 350 dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR