Bank Of Baku

Azərbaycanda plastik kartlarla pensiya alanların sayı artmaqda davam edir

Azərbaycanda plastik kartlarla pensiya alanların sayı artmaqda davam edir
# 06 oktyabr 2009 09:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda plastik kartlar vasitəsilə 1 mln. 100 min 962 nəfərə pensiya təminatı ödənilir.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin “APA-Economics”ə verdiyi məlumata görə, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əmək pensiyasını plastik kartla əldə edənlərin sayı bu ilin 9 ayı ərzində əlavə olaraq 43 min 391 nəfər artıb və hazırda ödənişdə olan pensiyaların 96,8%-i plastik kartlarla həyata keçirilir.

İlin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 4,8% artıb. Bu ilin əvvəlində ölkə üzrə kənd əhalisinin 88,9%-i plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 93,7%-dək artıb. Şəhərlərdə yaşayan pensiyaçılara isə 100% üzrə pensiyalar plastik kartlarla ödənilir. Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və POS-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR