Bank Of Baku

Altı rayonda prokurorluq orqanları üçün yeni inzibati binalar istifadəyə verilib

Altı rayonda prokurorluq orqanları üçün yeni inzibati binalar istifadəyə verilib
# 06 oktyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın 6 rayonunda prokurorluq orqanları üçün yeni inzibati binalar istifadəyə verilib. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O bildirib ki, prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində Gədəbəy, Göygöl, İsmayıllı, Biləsuvar, Hacıqabul prokurorluqları, həmçinin Bakının Xətai rayon Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Ağcabədi, Neftçala və Bakının Suraxanı rayon prokurorluqlarının inzibati binaları isə əsaslı təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR