Bank Of Baku

AMEA-da “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın icrası ilə bağlı müşavirə keçirilib

AMEA-da “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın icrası ilə bağlı müşavirə keçirilib
# 06 oktyabr 2009 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı müxtəlif nazirliklərin nazir müavinlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov məlumat verib. O bildirib ki, müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycan üzrə prioritet elm sahələrinin müəyyənləşdirilməsidir: “Bununla əlaqədar müxtəlif nazirliklərdən təkliflər gözləyirik. Prioritet elm sahələrini müəyyənləşdirdikdən sonra strategiyanın həyata keçirilməsi istiqamətində konkret təkliflər verə biləcəyik”.

M. Kərimovun sözlərinə görə, hələ ki AMEA-da struktur dəyişiklikləri və ixtisarların aparılması gözlənilmir: “Bunun üçün normativ-hüquqi baza olmalıdır. Əks halda bu gün işdən çıxardığımız işçilər məhkəmə yolu ilə yenidən işlərinə bərpa ediləcəklər. Ölkə üzrə elmin inkişafı ilə bağlı mənzərə tam aydın olduqdan sonra biz ixtisarlara dair öz təkliflərimizi verə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR