Bank Of Baku

Lənkəranda qaçqın və sığınacaq məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib

Lənkəranda qaçqın və sığınacaq məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib
# 07 oktyabr 2009 07:12 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda qaçqın və sığınacaq məsələləri mövzusunda zona seminar müşavirəsi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyini birgə təşkilatçılığı ilə düzənlənən tədbirdə cənub bölgəsinin Biləsuvar, Cəlilabad, Lənkəran və Astara rayonlarından olan məhkəmə hakimləri, prokurorluq işçiləri, Dövlət Sərhəd Xidmətinin və polis orqanlarının əməkdaşları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda sığınacaq axtaran şəxslərə yardım etmək, insan faktoruna qarşı məmurların diqqətini yönəltməkdən ibarət olduğunu diqqətə çatdıran DMX-nin baş məsləhətçisi Sənan Hacıyev və BMT QAK hüquq şöbəsinin baş məsləhətçisi Zaur Nağıyev çıxışlarında miqrasiya və sığınacaq sahəsində qanunvericilikdə baş vermiş dəyişikliklərdən, ölkə ərazisinə qanunsuz keçməyə görə cəzanın tətbiq edilməməsi və beynəlxalq hüquqda geri qaytarmama prinsiplərindən, qaçqın statusunun müəyyənləşdirilməsində yerli prosedur qaydalarında söz açıblar. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR