Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi ilə bağlı bu ilin 9 ayı ərzində 127 akt və protokol tərtib edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  ətraf mühitin mühafizəsi ilə bağlı bu ilin 9 ayı ərzində 127 akt və  protokol tərtib edib
# 07 oktyabr 2009 08:15 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək bu ilin 9 ayı ərzində 127 akt və protokol tərtib edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atmosfer havasının mühafizəsi sahəsində 23 akt və protokol tərtib edilib, 14 məcburi göstəriş verilib, 2 nəfər 400 manat məbləğində cərimə olunub. Müəssisə və təşkilatlara 5209 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib.
Su mühafizəsi sahəsində 19 akt tərtib edilib, 14 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 8261 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilib.
Yerin təkinin mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilib, 3 məcburi göstəriş verilib. 4 nəfər 2600 manat məbləğində cərimə olunub, 7 nəfərə qarşı 269,5 manat məbləğində iddia qaldırılıb. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 20 akt və protokol tərtib edilmişdir. 6 nəfər 10900 manat məbləğində cərimə olunub, 13 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 2720 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib. 2 iş məhkəmə orqanlarına göndərilib.
Floranın mühafizəsi sahəsində 47 akt və protokol tərtib edilib. Qanunu pozan 20 nəfər 12350 manat məbləğində cərimə olunub, 22 nəfərə qarşı 1824,5 manat məbləğində iddia qaldırılıb. 15 nəfər tərəfindən 1696,5 manat məbləğində cərimə, 16 nəfər tərəfindən isə 1267,4 manat məbləğində iddia ödənilib. 17 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
Faunanın mühafizəsi sahəsində 5 protokol tərtib edilib, 1 nəfər 700 manat məbləğində cərimə olunmuş və ödənilməsi təmin edilib. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR