Bank Of Baku

Bakının ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu ilə bağlı elan edilən müsabiqəyə 226 vakant yer çıxarılıb

Bakının ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu ilə bağlı elan edilən müsabiqəyə 226 vakant yer çıxarılıb
# 07 oktyabr 2009 08:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin 2009-2010-cu tədris ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı elan etdiyi ikinci müsabiqənin ərizə qəbulu dünən başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 226 vakant yer çıxarılıb. Onlardan 190 yer Azərbaycan bölməsinə, 36 yer isə rus bölməsinə aid ixtisaslardır. Oktyabrın 7-12-də elektron ərizənin çap olunmuş variantı və digər müvafiq sənədlər (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) namizədlər tərəfindən nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim ediləcək. Müəyyənləşdirilmiş müddət bitdikdən sonra sənədlərin qəbulu dayandırılacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 2 mərhələdə keçiriləcək. I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri təqdim olunmuş sənədlərə əsasən oktyabrın 13-dək qiymətləndiriləcək. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçiriləcək və nəticələr qiymətləndiriləcək. Hər iki mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi həyata keçiriləcək. Keçid balı toplamış namizədlərin ərizədə göstərdikləri konkret məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək və nəticələr iki saat ərzində namizədlərə elan olunacaq. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunacaqlar. Bir yerə bir neçə namizəd sənəd verdiyi halda, daha yüksək nəticə göstərmiş namizəd həmin vakant yerə təyin olunacaq. Müəyyənləşdirilmiş keçid balını toplamış və həmin məktəbə iddia edən digər namizədlərə qalan vakant yerlər təyin ediləcək.
Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında yerləşdiriləcək, siyahı və şəxsi işlər Bakı şəhəri üzrə Təhsil idarəsinə göndəriləcək. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə keçirildiyi vaxtdan sonra bir həftə ərzində baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR