Bank Of Baku

Ümumdünya Diabet Günü İçərişəhərdə qeyd ediləcək

Ümumdünya Diabet Günü İçərişəhərdə qeyd ediləcək
# 14 iyun 2009 03:05 (UTC +04:00)
Bakı – APA. 14 noyabr – Ümumdünya Diabet Günü Birləşmiş Millətlər Təşkilatı günü Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən də qeyd ediləcək.
İdarədən APA-ya verilən məlumata görə, həmin gün İçərişəhərin Qoşa Qala qapısı Ümumdünya Diabet Gününün rəmzi olaraq mavi rənglə işıqlandırılacaq. Mavi rəng BMT-nin bayrağını və səma rəngini əks etdirir və dünya miqyasında yayılan bu xəstəliyə qarşı mübarizədə birliyi simvolizə edir.
2009-cu ilin bu günü diabet epidemiyasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə bir çox ölkələrdə 800-dən artıq dünya əhəmiyyətli abidə və binalar mavi rənglə işıqlandırılır. Belə abidələr sırasında Almaniyada “Brandenburq qapıları”, Kanadada “Niaqara şəlaləsi”, Yaponiyada “Tokio qülləsi”, Avstraliyada “Sidney opera evi” və bir çox digər bu kimi abidələri qeyd etmək olar.
Ümumdünya Diabet Günü kampaniyasının əsas məqsədi ictimaiyyətə bu xəstəlik haqqında geniş məlumat vermək, diabet xəstələrinin vəziyyətini yaxşılaşdırmaq, insanları bu xəstəliyə qarşı birgə mübarizəyə səsləməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR