Bank Of Baku

Sumqayıtın nümayəndə heyətinin Aktau şəhərinə səfəri başa çatıb

Sumqayıtın nümayəndə heyətinin Aktau şəhərinə səfəri başa çatıb
# 28 dekabr 2009 19:15 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyəti cari ilin 23-25 dekabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində səfərdə olub. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sumqayıtın estrada müğənniləri, muğam ifaçıları və rəqs qrupu dekabrın 24-də Aktau şəhərinin mərkəzi konsert salonunda yerli musiqiçilərlə birlikdə konsert proqramında iştirak ediblər.

Qazaxıstan Respublikasının Müstəqillik günü və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təşkil olunmuş tədbir Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub. Konsert proqramında Anar Quliyev, Sevda Kazımova və Aygün İsmayılova muğam və xalq mahnılarımızı, rəqs ansamblının üzvləri isə “Yallı”, “Vağzalı”, “İgidlər”, “Naz eləmə” və digər rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, bu, həm də Sumqayıt şəhəri ilə Aktau şəhəri arasında yaradılmış əməkdaşlıq çərçivəsində ilk mədəniyyət tədbiri olub.

Xatırladaq ki, 3 oktyabr 2009-cu il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Bakı şəhərində keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Birgə Bəyannamə tərəflər arasında təhsil, elm, səhiyyə, idman və mədəniyyət də daxil olmaq geniş spektr üzrə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR