Bank Of Baku

TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirir

TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirir
# 29 dekabr 2009 09:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ənənəvi zona müşavirələri keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın müxtəlif bölgə mərkəzlərində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR