Bank Of Baku

Bakıda qanunsuz fəaliyyət göstərən 15 bağça var

Bakıda qanunsuz fəaliyyət göstərən 15 bağça var
# 29 dekabr 2009 11:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakıda qanunsuz fəaliyyət göstərən bağçaların sayı çoxalıb”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda Bakıda 15 bağça qanunsuz fəaliyyət göstərir. Nazirlik Vergilər Nazirliyinə və digər qurumlara həmin bağçaların yerləşdikləri ünvanları təqdim edib. Bu bağçalar 104 saylı körpələr evi-uşaq bağçası (Nərimanov rayonu Ə.Əliyev küçəsi 57a), “Cücələrim” uşaq bağçası (Nərimanov rayonu Olimpia küçəsi 6), “Yavrum” uşaq bağçası (Nizami rayonu Şirin Mirzəyev küçəsi 52), “Tufan” uşaq bağçası (Binəqədi rayonu Mir Cəlal küçəsi 79), 231 saylı körpələr evi-uşaq bağçası (Bilgəh qəsəbəsi Uzeyir Hacıbəyov küçəsi 7), “Səma” (Yasamal rayonu B. Məcidov küçəsi, ev 25), “Ulduz” (Yasamal rayonu M. Seyidov küçəsi, məhəllə 31/41, ev 10), “Nur” (Yasamal rayonu Abdulla Şaiq küçəsi 214), Yasamal rayonu, Nizami küçəsi 49-dakı bağça, “Nemo” (Nəsimi rayonu M. Əliyev küçəsi 226), Nəsimi rayonu, D. Əliyeva küçəsi 251 A ünvanındakı bağça, Səbail rayonu R. Behbudov küçəsi 22 ünvanındakı bağça, Səbail rayonu, Kiçik Qala küçəsi 82 ünvanındakı bağça, “Gül” (Səbail rayonu, Badamdar qəsəbəsi, ikinci bağlar massivi) və “Cücələrim” (Səbail rayonu, Qurban Abbasov küçəsi, 46) uşaq bağçalarıdır.

M. Mərdanovun sözlərinə görə, hazırda Bakıda 6 özəl uşaq bağçası fəaliyyət göstərir və bu bağçalarda 515 uşaq tərbiyə alır. Dövlət uşaq bağçalarının sayı isə 1604-dür. Bu bağçalarda 103617 uşaq tərbiyə olunur. Son iki ildə Azərbaycanda 28 yeni uşaq bağçası tikilib, 30-u əsaslı təmir olunub.

Təhsil naziri gələcəkdə orta məktəblərin nəzdində məktəbə hazırlıq qruplarının açılmasının nəzərdə tutulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR