Bank Of Baku

“Təhsil haqqında” qanunla əlaqədar 35 normativ sənəd hazırlanıb

“Təhsil haqqında” qanunla əlaqədar 35 normativ sənəd hazırlanıb
# 29 dekabr 2009 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi yeni qəbul olunmuş “Təhsil haqqında” qanunla əlaqədar 35 normativ sənəd hazırlayıb. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycan Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, Təhsil Nazirliyində işçi qrup yaradılıb və son üç ayda bu qrupun hazırladığı sənədlər artıq Nazirlər Kabinetinə təqdim edilib. Sənədlər digər əlaqədar qurumların ekspertizasından keçirilib təsdiq ediləndən sonra onların icrasına başlanacaq.

M. Mərdanov deyib ki, hazırlanan normativ sənədlərin arasında “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi”, “Ümumi təhsil sahəsində təhsil standartları və proqramları”, “Ümumtəhsil internat məktəbinin nümunəvi nizamnaməsi”, “Formal təhsilin təşkili qaydaları”, “Ümumi təhsil haqqında dövlət sənədləri və onların verilmə qaydaları”, “Ümumi orta və tam orta təhsil səviyyələrini başa vurmayan şəxslərə arayışın verilməsi qaydaları”, “Təhsil müəssisələrində işçilərin həftəlik iş vaxtı barədə normalar”, “Ali təhsil pilləsinin dövlət standartları və proqramı”, “Ali təhsil müəssisələrin nümunəvi nizamnaməsi”, “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”, “Ali və orta ixtisas təhsili pilləsində formal təhsilin təşkili qaydaları”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili” və “magist” dərəcələrinin verilməsi qaydaları” kimi sənədlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR