Bank Of Baku

Azərbaycanda pensiyaçılar yanvarın 1-dək müavinətlərini alacaqlar

Azərbaycanda pensiyaçılar yanvarın 1-dək müavinətlərini alacaqlar
# 29 dekabr 2009 12:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2009-cu il üçün son 18 mln. manat vəsaiti yerlərə göndərib. Bunun təqribən 14,6 mln. manatı hərbi qulluqçu və xüsusi rütbəli şəxs kimi pensiya alanların müavinətlərinin maliyyələşdirilməsi, qalan məbləğ isə ölkənin rayonlarında yaranmış kəsirlərin maliyyələşməsi üçün nəzərdə tutulmuş məbləğdir.

APA-Economics”in məlumatına görə, DSMF sədri Səlim Müslimov jurnalistlərə açıqlamasında bildirib ki, dekabr ayı ərzində 164,8 mln. manat vəsait əhaliyə ödənişlərə yönəldilib: “Nəticədə əvvəlki aylar üzrə ödənilməyən vəsaitlər tamamilə maliyyələşdirilərək ödənilib. Biz razılığa gəlmişik ki, ilin son üç günü ərzində banklar vəsaitin pensiyaçılara çatdırılması istiqamətində aktiv işləsinlər”.

S.Müslimovun sözlərinə görə, buna nail olmaq məqsədilə DSMF Maliyyə Nazirliyinin dəstəyindən istifadə edib. İlin sonuna qalan iki gün ərzində dekabr ayında verilən əmək haqlarına görə sosial sığorta haqlarının mütləq ödəniş vaxtı növbəti ayın 15-dək müəyyən edilib və onların bu ay köçürülməsi ilə bağlı DSMF müəssisələrə müraciət edib.

Artıq AZAL Dövlət Şirkəti 2002-ci ilədək olan köhnə sosial sığorta haqları üzrə borcun 980 min manat, Dövlət Neft Şirkəti dekabr ayının 8 mln. manat həcmində vəsaitini həmişə olduğu kimi, növbəti ilə keçirməyərək DSMF-nin hesabına köçürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR