Bank Of Baku

Son 5 ildə təhsil işçilərin əməkhaqqı 5, tələbələrin təqaüdü 10 dəfə artırılıb

Son 5 ildə təhsil işçilərin əməkhaqqı 5, tələbələrin təqaüdü 10 dəfə artırılıb
# 29 dekabr 2009 12:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil işçilərinin orta aylıq əmək haqqı 2009-cu ildə 220 manatdan 268,5 manata qalxıb. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, təhsilə ayrılan büdcə vəsaitləri 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə isə 1,3 milyard manata çatdırılıb. Son 5 ildə təhsil işçilərin əməkhaqqı 5, tələbələrin təqaüdü 10 dəfə artırılıb. Son 5 il ərzində Azərbaycanda 450 min şagird yerlik 2 minədək yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu il ərzində 68 yeni məktəb binası və əlavə korpus tikilib, 28 məktəb, 10 körpələr evi və uşaq bağçası əsaslı təmir olunub, 87 məktəbin istilik sistemi bərpa edilib, 201 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla, 119 məktəb isə müasir kimya və fizika laboratoriyaları ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR