Bank Of Baku

Azərbaycanda Şaxta Babalara maraq kəskin azalıb

Azərbaycanda Şaxta Babalara maraq kəskin azalıb
# 29 dekabr 2009 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Bakı şəhərində Şaxta Baba fəaliyyəti göstərmək istəyənlərin sayı kəskin azalıb. Bu barədə «APA-Economics»ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Ə.Bağırovun sözlərinə görə, ötən il Bakı şəhərində Şaxta Baba fəaliyyəti (bura Şaxta Baba ilə yanaşı Qar Qızı və fotoçəkiliş daxildir) göstərmək üçün 30-a yaxın şəxsə icazə verilib. Bu il dekabrın əvvəlinədək departamentə 57 müraciət olsa da, sonradan müraciət edənlər icazələrini almağa gəlməyiblər: «Bunun Məhərrəmlik ayı və ya nə ilə bağlı olmasını bilmirik. Amma deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə icazə almış Şaxta Babaların sayı çox azalıb».

İcazə almış Şaxta Babalar Dənizkənarı Bulvar istisna olunmaqla paytaxtın digər ərazilərində fəaliyyət göstərir. Şaxta Babaların fəaliyyət müddəti 2010-cu il yanvar ayının 13-nə qədərdir.

Şaxta Babalara icazə verilməsi üçün müəyyən edilmiş rüsumun məbləği 60 manat təşkil edir.

Qeyd edək ki, Ticarət və Xidmət Departamentinin Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziya verir. Milli Parkda Şaxta Baba olmaq istəyənlər isə icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR