Bank Of Baku

Azərbaycanda pensiyanın baza hissəsi ləğv ediləcək

Azərbaycanda pensiyanın baza hissəsi ləğv ediləcək
# 29 dekabr 2009 12:33 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov jurnalistlərə açıqlamasında bildirib ki, əmək haqlarının leqallaşdırılması və qeydiyyata düşən insanların sayının artırılması hesabına sosial sığorta haqları üzrə ödənişlər artacaq, bu da hazırda pensiya ödənişlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən fonda ayrılan transfertdən imtina etməyə imkan verəcək: “Belə olduqda, pensiyanın ayrıca baza hissəsinin göstərilməsinin əhəmiyyəti qalmayacaq. Pensiya tərkibində minimum anlayışı ola bilər, lakin o da zaman keçdikcə əhəmiyyətini itirməlidir və hər kəs bilməlidir ki, nə ödəyib və onun hesabında hansı məbləğ yığılıb, gələcəkdə isə pensiyaya çıxanda internetdən pensiyasının miqdarı haqda məlumat ala biləcək”.

S.Müslimovun sözlərinə görə, hər ilin sonunda pensiyaçılara DSMF tərəfindən onların hesabında nə qədər vəsaitin yığıldığı haqda məktub göndəriləcək.

DSMF qeyd edilən məktubların çap edilməsi üçün çap mərkəzi yaradıb. Mərkəz müvafiq avadanlıqla təmin edilib və 2010-cu ilin sonunadək sözügedən məktublar göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR