Bank Of Baku

İçərişəhərdə açıq səma altındakı daş abidələri ekspozisiyası yenidən təşkil olunur

İçərişəhərdə açıq səma altındakı daş abidələri ekspozisiyası yenidən təşkil olunur
# 29 dekabr 2009 12:59 (UTC +04:00)
Bakı-APA. İçərişəhərdəki sıratağlı dini-memarlıq kompleksində
açıq səma altında daş abidələri ekspozisiyası yenidən təşkil olunur. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, son dövrlərdə İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib. İçərişəhərin tarixi görkəminə xələl gətirmədən görülən işlər burada yerləşən qədim tikili və mədəniyyət abidələrinin əhəmiyyətini daha da vurğulayır. Bu günlərdə Qız Qalasının yanında yerləşən “Bazar Meydanı” (sıratağlı dini-memarlıq kompleksi) ölkə əhəmiyyətli memarlıq abidəsinin ərazisindəki daş eksponatlarının ekspozisiyasının yenidən təşkili işlərinə başlanılıb. Həyata keçirilən layihə muzey fəaliyyəti üzrə dünya təcrübəsi tətbiq olunmaqla Azərbaycanın zəngin tarixi, mədəniyyəti və memarlığı barədə dolğun və xronoloji məlumatın təqdim olunması üçün şərait yaradacaq.
Ekspozisiyanın yenidən təşkili konsepsiyasının hazırlanması üçün Qoruq İdarəsi tərəfindən bu sahədə böyük təcrübəyə malik Avstriyanın "Arteks" şirkəti cəlb olunub. Kompleksin ərazisində yerləşən yüzillərlə tarixə malik olan daşların hər birinin memarlıq və tarix baxımdan təhlili, ekspozisiyanın dünya standartlarına uyğun formalaşdırılması işləri avstriyalı mütəxəssislərin iştirakı ilə aparılacaq. Hazırda aparılan bərpa işləri ilə əlaqədar Kompleksin ərazisindəki daş eksponatları müvəqqəti olaraq Şirvanşahlar Sarayı Kompleksində yerləşdirilib. Layihənin 2010-cu ilin mart ayında başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR