Bank Of Baku

Azərbaycanın bir neçə ali məktəbində yay semestr imtahanları mərkəzləşmiş qaydada test üsulu ilə aparılacaq

Azərbaycanın bir neçə ali məktəbində yay semestr imtahanları mərkəzləşmiş qaydada test üsulu ilə aparılacaq
# 29 dekabr 2009 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyi ali və orta ixtisas məktəblərində qış imtahan sessiyasının keçirilməsinə daha ciddi şəkildə nəzarət edəcək. Əvvəlki illərdən fərqli olaraq bu il nazirlik imtahan sessiyasına nəzarəti bir neçə qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, qış imtahan sessiyasına Korrupsiyaya qarşı Mübarizə Fondu, “Şəffaflıq Azərbaycan” korrupsiyaya qarşı mübarizə təşkilatı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi nəzarət edəcək.

Bu sessiyada bir neçə ali məktəbdə semestr imtahanları test üsulu ilə keçiriləcək. M. Mərdanovun sözlərinə görə, yay imtahan sessiyasında bir neçə ali məktəbdə sınaq olaraq semestr imtahanları mərkəzləşmiş qaydada test üsulu ilə aparılacaq. Təhsil Nazirliyi mərkəzləşmiş test imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR