Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alan 474 nəfərin diplomunu qanunsuz hesab edib

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alan 474 nəfərin diplomunu qanunsuz hesab edib
# 29 dekabr 2009 14:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son 5 il ərzində xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş 2964 nəfər Azərbaycan vətəndaşı Təhsil Nazirliyinə müraciət edib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, həmin şəxslərdən 2037 nəfərə diplomun tanınması ilə bağlı sertifikat verilib. Nazirliyin ekspert qrupu tərəfindən 474 diplom qanunsuz hesab edilib. 453 nəfərin diplomuna isə Təhsil Nazirliyinin müvafiq bölməsində baxılır.

Müraciət edənlərin 1999 nəfərini MDB ölkələri, 776 nəfərini Türkiyə, 189 nəfərini isə ABŞ, Avropa, Asiya və Ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR