Bank Of Baku

Azərbaycanda müəllimləri sayı 3 min nəfər azalıb

Azərbaycanda müəllimləri sayı 3 min nəfər azalıb
# 29 dekabr 2009 17:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı”na əsasən indiyədək 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilib. Bu il isə ucqarlara göndərilən müəllimlərin sayı 1308 nəfər olub. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. O deyib ki, hazırda əsas problem müəllim çatışmazlığı deyil, müəllim sıxlığıdır: ”2009-2010-cu dərs ilində müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq edilməklə iki mərhələli müsabiqə yolu ilə həyata keçirilib. Bu mexanizmin növbəti dərs ilindən bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulub. Görülən tədbirlər nəticəsində ölkə üzrə müəllimlərin sayı 173 mindən 170 minə enib. Ölkənin bütün ümumtəhsil məktəblərində pedaqoji kadr təminatının monitorinqi aparılıb və hazırda bununla bağlı yeni təkliflər hazırlanır. Yaxın zamanlarda müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizm hazırlanıb təsdiq ediləcək”.

M. Mərdanovun sözlərinə görə, nazirlikdə rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqına təlimat da hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR