Bank Of Baku

Masallıda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib

Masallıda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib
# 29 dekabr 2009 21:24 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş dördmərtəbəli, 36 mənzilli yeni yaşayış binası istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti (RİH) aparatının şöbə müdiri Seyfəddin Əliyev açaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yüksəldilməsi, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Masallı RİH-in başçısı Qəzənfər Ağayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi Ömər Abdullayev Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ili müasir və gözəl mənzillərdə qeyd edən şəhid analarını, Qarabağ müharibəsi əlillərini təbrik edərək, ölkəmizdə bu qəbildən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının yüksəldilməsi, təqaüdlərinin artırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.

Rəmzi qırmızı lent kəsildikdən sonra mənzillərin orderləri sahiblərinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR