Bank Of Baku

Ağdaş və İsmayıllının bir neçə kəndinə təbii qaz verilib

Ağdaş və İsmayıllının bir neçə kəndinə təbii qaz verilib
# 29 dekabr 2009 19:11 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Dekabrın 29-da Ağdaş rayonunun Xosrov kəndinə təbii qaz verilişi bərpa olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən və 17 ildir təbii qaz sarıdan əziyyət çəkən bu yaşayış məntəqəsinin 700-ə yaxın sakini təbii qazla təmin edilib. Mənzillərin qazlaşdırılması üçün 5 kilometrlik köhnə qaz xətti bərpa olunub və 150 abonentin evində sayğac quraşdırılıb.

Bu gün İsmayıllının daha üç kəndinin də əhalisi uzun illərdən sonra yenidən təbii qazdan istifadə etməyə başlayıb. Rayonun İsmayıllı kəndində 120, Xəlilli kəndində 48 və Qarakollu kəndində 42 mənzilə sayğac quraşdırılıb və təbii qaz verilişi bərpa olunub. Bu kəndlərin qazlaşdırılması üçün ümumilikdə 15 kilometr uzunluğunda köhnə qaz xətləri bərpa edilib. Gələn ay İsmayıllının Gəraybəyli və Eyyubbəyli, Ağdaşın Cardam və Qəribli kəndlərinə təbii qaz veriləcək.

Hazırda Ağdaşın 31, İsmayıllının 25 kəndində əhali təbii qazdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR