Bank Of Baku

Azərbaycan FHN-nin sifarişi ilə təbii fəlakətdən ziyan çəkmiş Masallı sakinləri üçün evlərin tikintisinə başlanılıb

Azərbaycan FHN-nin sifarişi ilə təbii fəlakətdən ziyan çəkmiş Masallı sakinləri üçün evlərin tikintisinə başlanılıb
# 29 dekabr 2009 18:08 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyev məlumat verib. Onun sözlərinə görə, bu il sentyabrın 27-dən 28-ə keçən gecə Masallıya yağan güclü yağışlar nəticəsində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün yeni fərdi yaşayış evlərinin tikintisinə start verilib.

Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə rayonun Boradigah qəsəbəsində, Bədəlan, Mahmudavar, Tüklə, Sirəbil və Qızılavar kəndlərində tikintisinə başlanılan evlərin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Ümumilikdə 57 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulur. Artıq 28 evin inşasına başlanılıb, 11 mənzilin tikintisi üçün isə hazırlıq işləri görülür.

S. Nuriyevin sözlərinə görə, 9 bir otaqlı, 48 iki otaqlı evlərin hər birinin ümumi dəyəri 35 min manat təşkil edir.

Tikinti işlərinə 200 nəfər işçi cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR