Bank Of Baku

Qadın proritetlərinin reytinqi tərtib olunub

Qadın proritetlərinin reytinqi tərtib olunub
# 30 dekabr 2009 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniya sosioloqları qadınların daha çox nəyə üstünlük verdiklərinin siyahısını tərtib edib.

«APA-Economics»in məlumatına görə, sosioloqlar tərəfindən aparılan sorğuda 4 min qadın iştirak edib və sorğunun nəticələrinə əsasən, qadınların əksəriyyətinin mobil telefonlarını partnyorlarından daha üstün tutduğu məlum olub. Belə ki, sorğu iştirakçılarının 40%-i mobil telefonlarının itirən zaman daha çox heyfsləndiklərini bildirib, qadınların 1/3 hissəsi isə kişilərsiz dolana biləcəklərini vurğulayıb.

Ümumiyyətlə, respondetlərin iştirakı ilə tərtib olunan qadınların daha çox nəyə və kimə üstünlük verdikləri siyahıda birinci yeri – ana, ikinci yeri – fotoşəkillər, üçüncü yeri – mobil telefon, sonraki yerləri isə yaxın dostlar, pərəstişkarlar, brilliant üzüklər, ev heyvanları, noutbuklar, tük qopardan maşa, qadın çantaları və digər əşyalar tutub.

Maraqlıdır ki, pul kisələri siyahıda yalnız 11-ci yeri, avtomobillər isə 12-ci, «i-Pod» - 13-cü, ayaqqabılar isə 14-cü yeri tutub. Daha sonra siyahıda pinset, kosmetika və yumşaq oyuncaqlar kimi xırda əşyalar yer alıb. Keçmiş istədiklərindən vaxtı ilə aldıqları məktublar isə siyahıda yalnız 18-ci yeri (bu da britaniyalı qadınların qeyri-romantik olduqlarını sübut edir), brilliant sırğalar isə 19-cu yeri tutub. Siyahını 20-ci yerlə ev şap-şapları tamamlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR