Bank Of Baku

Azərbaycan ərazisində bayram günləri üçün hava proqnozu

Azərbaycan ərazisində bayram günləri üçün hava proqnozu
# 30 dekabr 2009 09:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 9-14 dərəcə, axşam 6-8 dərəcə isti təşkil edəcək.

Dekabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Yanvarın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Yanvarın 2-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir bir qədər güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Yanvarın 1-2-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR