Bank Of Baku

“Savadlı ana savadlı gələcəkdir” layihəsinin təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

“Savadlı ana savadlı gələcəkdir” layihəsinin təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 dekabr 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Lider qadınlar” İctimai Birliyi və “Demokratik İnkişaf İnstitutu” İctimai Birliyi “Savadlı ana savadlı gələcəkdir” layihəsinin təqdimat mərasimini keçirib. APA-nn məlumatına görə, “Lider qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı mərasimdə çıxış edərək Azərbaycan Qadınlarının III Qurultayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün qadınların səfərbər və həmrəy olmağa çağırdığını xatırladıb. M. Həsənova «Savadlı ana savadlı gələcəkdir» layihəsinin 2010-cu ildə həyata keçiriləcəyini bildirib. O layihə başlamazdan əvvəl bir sıra regionlarda monitorinqlərin həyata keçirildiyini və qızların orta məktəbdən yayınması probleminin mövcud olduğunu qeyd edib: «Bununla bağlı təhsil nazirinə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin rəhbərinə məlumat verildi. Bu məsələdə ziyalılar, aidiyyatlı qurumlar öz sözünü deməlidir”. M. Həsənova 2010-cu ildə bütün qadınları bu problemin həllində həmrəy olmağa dəvət edib.

“Demokratik İnkişaf İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Gültəkin Hacıbəyli bildirib ki, bəzi bölgələrdə belə problemlər mövcud olmasa da, bəzilərində böyük səviyyədə özünü göstərir: «Bu problem ortadadır və onun həlli istiqamətində ciddi addımlar atmaq lazımdır». Millət vəkili bir sıra hallarda regionlarda rəsmi nikah olmadan ailələrin qurulduğunu və bunun da problem yaratdığını vurğulayıb.

Təhsil nazirinin müavini İradə Hüseynova qadın hüquqlarının müdafiəsinin həmişə gündəmdə olduğunu qeyd edib: «Qadın savadlı olarsa, o zaman cəmiyyət də savadlı olar. Bu təkzibolunmaz bir faktdır». Nazir müavini qızların orta məktəbdən yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini deyib.

Millət vəkili Gövhər Baxşəliyeva dünyanın əksər ölkələrində kütləvi savadlanmaya nail olmağın problem kimi qarşıda dayandığını qeyd edib.

Mərasimdə iştirak edən digər şəxslər də mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR