Bank Of Baku

Milli Məclisin komitə sədri “süni mayalanma” ilə bağlı müddəanın “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanunda əksini tapmasının tərəfdarıdır

Milli Məclisin komitə sədri “süni mayalanma” ilə bağlı müddəanın “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanunda əksini tapmasının tərəfdarıdır
# 30 dekabr 2009 10:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılmasına vaxt çatmadı. Layihənin müzakirəsi 2010-cu ilə qaldı. Bu sənədi qəbul etməyə cəmiyyətlə yanaşı, parlament də hazır olmalıdır. Bu gün konservatorlar istəyirlər ki, geriyə doğru addım ataq”. Bu sözləri APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, qanun layihəsinin qəbulu irəliyə doğru addım olmalı, proqressiv səhiyyəyə diqqət ayrılmalıdır. Qanun layihəsinin ən çox mübahisə doğuran “süni mayalanma” ilə bağlı müddəasının sənəddə əksini tapmasının tərəfdarı olduğunu bildirən H. Rəcəbli süni mayalanma ilə bağlı müddəanın qanunvericilikdə indiyə kimi də mövcud olduğunu deyib: “Mayanın sahibi ilə mayanı alan arasındakı münasibətlər tənzimlənməlidir. Mən onun tərəfdarıyam ki, geriyə addım olmasın. Biz dünyəvi qanun hazırlamalıyıq”.

Qeyd edək ki, Milli Məclis “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsini yenidən işləmək üçün geri qaytarıb. Ciddi mübahisə doğuran “donorluq” və “surraqat ana” anlayışlarının təzədən parlamentin müzakirəsinə hazırlanan yeni variantdan çıxarıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR