Bank Of Baku

Bərdə rayonunun Seyidyusifli kəndinə təbii qaz verilib

Bərdə rayonunun Seyidyusifli kəndinə təbii qaz verilib
# 30 dekabr 2009 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycanın Bərdə rayonunun 2 mindən artıq əhalisi olan Seyidyusifli kəndinə təbii qazın verilməsinə başlanıb. Bu barədə kəndə təbii qazın verilməsi məqsədi ilə keçirilən tədbirdə iştirak edən, Milli Məclisə Bərdə rayonundan deputat seçilmiş Zahid Oruc Məlumat verib.

Z.Orucun sözlərinə görə, kənddə SSRİ dövründə də qaz olmayıb. Hazırda bu kəndlə yanaşı, rayonun digər kəndlərinə də təbii qazın verilməsi məqsədi ilə işlər aparılır. Yaxın günlərdə Bərdə rayonunun 3 kəndinə – Tağılar, Nağılar və Cicimli kəndlərinə də təbii qaz veriləcək.

Millət vəkilinin sözlərinə görə, hazırda Bərdə rayon mərkəzinin 80%-ə qədərinə, rayonun 12 kəndinə təbii qaz verilir. Gələn il rayonun kəndlərinin böyük hissəsinin qazlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Bərdə rayonunda 136 min nəfər əhali yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR