Bank Of Baku

Mingəçevir və Ağdaşda 33 min ağac əkilib

Mingəçevir və Ağdaşda 33 min ağac əkilib
# 30 dekabr 2009 15:58 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərində və Ağdaş rayonunda həyata keçirilən ağac əkmə kampaniyası davam etdirilir. APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevirdə təşkil edilən yaşıllaşdırma tədbirində müxtəlif idarə və təşkilatların kollektivləri ilə yanaşı, 300-ə yaxın sadə vətəndaş da iştirak edib. Aksiya zamanı gün ərzində 3000 ədəd şam, çinar, qovaq və küknar ağacı əkilib. Payız mövsümü başlanandan bu günədək Mingəçevir şəhərində, eləcə də “Günəşli” yaşayış massivində, “Tərəvəzçilik” sovxozu adlanan ərazidə, “Energetiklər” qəsəbəsində ümumilikdə 18 min ədəd ağac əkilib. Ağac tingləri əsasən istifadəsiz qalan boş torpaq sahələrinə, küçələrin kənarına, park və bağlara, sosial obyektlərin ətrafına əkilib.
Ağdaş rayonunda isə bugünədək 15 min ədəd ağac tingi basdırılıb. Yaşıllaşdırma tədbirləri yaz aylarınadək davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR