Bank Of Baku

6 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi 65 fiziki və hüquqi şəxsi 41400 manat cərimələyib

6 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi 65 fiziki və hüquqi şəxsi 41400 manat cərimələyib
# 31 dekabr 2009 04:54 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göyçayda yerləşən 6 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi cari ildə qanunu pozan fiziki və hüquqi şəxsləri cərimələyib.

Şöbədən APA-nın yerli bürosuna verilən məlumata görə 2009-cu il ərzində Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarını əhatə edən xidməti ərazidə 81 reyd keçirilib və akt tərtib edilib. Ümumilikdə 65 halda qanun pozuntusu aşkar edilib, fiziki və hüquqi şəxslərə 41400 manat məbləğində cərimə tətbiq olunub.

Meşələrin mühafizəsi sahəsində aşkar edilən 22 qanun pozuntusuna görə 14 min 400 manat, ov qaydalarının pozulmasında 7 fakta görə 4000 manat, tullantıların ətraf mühitdə yerləşdirilməsi qaydalarının pozulmasına görə 10 fiziki və hüquqi şəxsə 5900 manat, su mühitinin mühafizəsi sahəsində 23 fakta görə 16 min 200 manat, atmosfer havasının mühafizəsi sahəsində 3 qanun pozuntusuna görə 900 manat cərimə tətbiq edilib. Həmçinin şöbə il ərzində qanun pozuntusuna yol verən 12 müəssisə qarşısında iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR