Bank Of Baku

Güclü külək Gədəbəy rayonunun elektrik təsərüffatına ziyan vurub

Güclü külək Gədəbəy rayonunun elektrik təsərüffatına ziyan vurub
# 04 yanvar 2010 14:30 (UTC +04:00)
Gədəbəy rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyasının sədri Qüdrət Paşayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, külək nəticəsində kənd təsərüffatına və yaşayış evlərinə ziyan dəyməsə də, rayon ərazisində 96 elektrik dirəyi sıradan çıxıb. Nəticədə bir çox kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda rayonun elektrik təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Artıq elektrik enerjisi dayandırılmış kəndlərin əksəriyyətinə işıq verilməsi bərpa edilib.

Rayonun Böyük Qaramurad və Hacılılar kəndinə elektrik enerjisinin verilməsi üçün işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR