Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edirlər - YENİLƏNİB

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edirlər - <font color=red>YENİLƏNİB</font>
# 05 yanvar 2010 09:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 5-9 isti olacaq.

Yanvarın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Gecə 4-6 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 6-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb rayonlarında yağıntılar gündüz tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, yanvarın 5-dən 6-na keçən gecə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 7-8-də qərb rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 1-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Hidrometeoroloqlar ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da yayıblar. Xəbərdarlıqda bildirilir ki, qeyri-sabit hava şəraiti yanvarın 6-da gündüzədək davam edəcək. Yanvarın 5-də şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 25 m/s-dək, ayrı-ayrı rayonlarda isə 28-30 m/s-dək güclənəcək. Yanvarın 6-da hava şəraitinin gündüzədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşam və gecə saatlarında yağıntıların intensivləşəcəyi, ayrı-ayrı rayonlarda güclü olacağı ehtimalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR