Bank Of Baku

Zaqatalada Osmanlı padşahlarının dövründə buraxılmış gümüş sikkələr tapılıb – FOTO

Zaqatalada Osmanlı padşahlarının dövründə buraxılmış gümüş sikkələr tapılıb – <font color=red>FOTO</font>
# 05 yanvar 2010 15:03 (UTC +04:00)
Bakı. Vüqar Heydərov – APA. Zaqatala rayonunda Osmanlı padşahlarından sultan 2-ci Əbdülhəmid və 5-ci Mehmet Rəşadın hakimiyyəti illərində zərb edilmiş gümüş sikkələr tapılıb. Bu barədə APA-ya Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. O, gümüş sikkələrin rayonun ucqar kəndlərindən tapılaraq muzeyə təhvil verildiyini bildirib.

C. Soltanov Osmanlı hökmdarı 2-ci Əbdülhəmidin hakimiyyəti dövründə (1876-1908) hazırlanmış sikkələrin “Həmidiyyə”, 5-ci Mehmet Rəşadın hakimiyyəti illərində buraxılmış sikkələrin isə “Rəşadiyyə” adlandırıldığını söyləyib. “Həmidiyyə” sikkəsinin aversində ərəb dilində sultana dua edilərək “Yardımın bol olsun” və “Konstantiniyyədə zərb olundu” sözləri yazılıb. Sikkənin aversində həmçinin hicri tarixi ilə 2-ci Əbdülhəmidin hakimiyyətə gəldiyi il göstərilib. Sikkənin reversinə isə sultan Əbdülhəmidin şəxsi möhürü zərb olunub. C. Soltanovun dediyinə görə, eyni sözlər sultan Mehmet Rəşadın hakimiyyəti illərində (1909-1918) buraxılmış “Rəşadiyyə” sikkəsinin avers və reversində də həkk olunub.

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində digər Osmanlı sultanları - 3-cü Əhməd, 1-ci Əbdülməcid və Əbdüləzizin hakimiyyəti illərində hazırlanmış sikkələrin də saxlanıldığını vurğulayan C. Soltanov bunlardan bir neçəsinin heç Türkiyə muzeylərində də olmadığını qeyd edib. O, sultan 3-cü Əhmədin əski türk dilində Car-Tala (Balakən) camaatlığına ünvanladığı məktubun da xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu faktlar Azərbaycanla Osmanlı dövləti arasında tarix boyu mövcud olan sıx siyasi və mədəni əlaqələrdən xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR