Bank Of Baku

ÜST rəhbəri peyvənd olunub

ÜST rəhbəri peyvənd olunub
# 05 yanvar 2010 18:46 (UTC +04:00)
Bakı. Ziya Ağazadə – APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çan H1N1 (donuz qripi) virusuna qarşı peyvənd olunub.

APA-nın məlumatına görə, ÜST-nın mətbuat katibi Fadela Çeyb bildirib ki, baş direktor peyvənddən dərhal sonra öz işinə qayıdıb və özünü yaxşı hiss edir.

Ötən ilin iyun ayında ÜST tərəfindən dəhşətli epidemiya kimi təsdiq olunan H1N1 (donuz qripi) virusu artıq 208-ə yaxın ölkədə yayılıb. Rəsmi məlumatlara görə, bu virusdan indiyə qədər 12.220 nəfər insan həyatını itirib. Lakin bu siyahı artmaqda davam edir.

Xatırladaq ki, bu dəhşətli virus Azərbaycan da yan keçməyib. Belə ki, Fadela Çeyb bildirib ki, virusa qarşı vaksinlər artıq gələn həftə Azərbaycan və Monqolustana da göndəriləcək.

Azərbaycana vaksinlər iki təyyarə reysi ilə göndəriləcək. 172 min doza vaksinin birinci hissəsi yanvarın 7-də, ikinci hissəsi isə yanvarın 14-də gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR