Bank Of Baku

2009-cu ildə 157 min 705 Azərbaycan vətəndaşı İstanbulda olub

2009-cu ildə 157 min 705 Azərbaycan vətəndaşı İstanbulda olub
# 06 yanvar 2010 10:04 (UTC +04:00)
Bakı – APA. 2009-cu ildə Türkiyənin İstanbul şəhərinə 7 milyon 509 min 741 nəfər xarici turist gəlib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu rəqəmin 2,1%-ni (157 min 705 nəfər) Azərbaycan vətəndaşları təşkil edir. 2008-ci illə müqayisədə 2009-cu ildə İstanbula gələn əcnəbilərin sayı 6,5 faiz artıb.

İstanbula gələn əcnəbilərin siyahısında ilk yeri almanlar tutur. Şəhəri ziyarət edən turistlərin 14,8%-i Almaniya, 5,7%-i Böyük Britaniya, 5,1%-i Fransa, 4,9%-i ABŞ, 4,8%-i İtaliya, 4,8%-i Rusiya, 3,6%-i Hollandiya, 3%-i İran, 2,2%-i Ukrayna, 1,9%-i Avstriya, 1,8%-i Yaponiya, 1,7%-i İsveçrə, 1,5%-i Belçika vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR